Siqaretə yox deyək
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Bu zərərli vərdişi tərgitmək istəyənlər, biz sizin üçün burda ən populyar üsulları diqqətinizə çatdırırıq. Bu üsulların effektliliyi insanların xarakterindən asılıdır. Yəni hər bir üsul bir qrup insanlara kömək edir, digərinə yox. Ona görə bütün üsulları diqqətlə oxuyun,sonra hansı üsul sizdə daha çox inam yaratdısa, demək o üsul sizə mütləq kömək etməlidir. Məhz həmin üsulu da seçin!
Siqareti tərgitmək qərarına gəlmək bu üsulların hamısının açarı hesab oluna bilər. Amma ürəkdən, ciddi siqaret çəkməməyi istəmək lazımdır. İlk növbədə insan öz nəhfsinin iradəsinə hakim olmağı bacarmalıdır. Hər gün siqaretin zərərləri haqqında yazılar oxumalı videolara, şəkillərə baxmalıdır.
Siqaretçəkmənin nəticəsində əmələ gələn, əzabverici, işgəncəli ölümə səbəb olan ağciyər, mədə, dil, dodaq, qırtlaq xərçəngi və s. xəstəliklər haqqında oxumalıdır. Siqareti hətta cibindəki siqaret qutusunu çixarıb ayaq altında əzib və bir daha əlinə siqaret almamaqla da atmaq olar.